AZ

Həftəsonu 37 mindən çox şəxs imtahan verəcək

Aprelin 19-da növbəti imtahanlar keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib.

Belə ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il aprelin 19-da əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı, Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək.

İmtahan saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahanda 37338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

Seçilən
13
15
ucnoqta.az

10Mənbələr