"Tamstore" Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən “Biz susuruq, qiymətlər danışacaq” kampaniyasına start verəcək.
Bakıvaxtı.az xəbər verir ki, kampaniya zamanı "Vanak" və "Günaydın" kərə yağları 12.99 manata, "Romaşka" xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq "Tanelli" makaronu 3.90 manata, "Əşrəfi" basmati düyü kisə 2 kq 6.98 manata, "Bammi" tualet kağızı 32 rulon 9.99 manata, "Pervol" yuyucu maye 1 l 5.65 manata, "Ariel" yuyucu toz 5 kq 15.99 manata təklif olunacaq.
Bundan başqa 18-19 aprel tarixlərində təzə toyuğun 1 kilosu 3.99 manat və sümüklü dana döş ətinin 1 kilosu 14.99 manat olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada meyvə və tərəvəz maya dəyərinə, 2200 çeşiddə məhsul isə müxtəlif endirimlərlə təklif olunacaq.
Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarına, süd və süd məhsullarına, kərə yağı və bitki yağlarına, makaron, düyü və paxlalı məhsullara, şirniyyatlara, içkilər, təmizlik və baxım məhsullarına, eyni zamanda evinizə lazım olacaq kiçik məişət əşyalarına da tətbiq olunacaq.
“Tamstore” marketlər şəbəkəsi Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə, Zaqatala, Şəki, Şamaxı, Beyləqan və Mingəçevirdə də fəaliyyət göstərir. Endirimlər şəbəkənin Naxçıvan xaric bütün filiallarında keçərli olacaq. Bütün filiallar 24 saat müştərilərin xidmətindədir.