AZ

Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam şəhərinə köçürülən ailələr üçün mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbirdə mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Bildirilib ki, qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam
Seçilən
35
2
apa.az

10Mənbələr