Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana68,917 milyon ABŞ dolları dəyərində 569,6 milyon kubmetr həcmindətəbii qaz ixrac olunub.
Trend bu barədəAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumatverir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 3,848 milyonABŞ dolları və ya 5,3% azalıb, fiziki həcmi isə 17,3 milyon kubmetrvə ya 3,1% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr(qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü iləmüqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları vəya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr vəya 4,6% artım qeydə alınıb.
Bununla yanaşı, cari ilin yanvar-fevral aylarında Azərbaycanatəbii qaz yalnız bir ölkədən – İran İslam Respublikasından idxalolunub. İdxalın həcmi 3,131 milyon kubmetr, dəyəri isə 210,7 minABŞ dolları təşkil edib.