Bakı.Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Amerika nümayəndə heyətiİranla sülh danışıqlarında iştirak etmək üçün Pakistana yola düşübvə yaxın saatlarda oraya çatmalıdırlar.
Trend xəbərverir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “The New York Post”qəzetinə müsahibəsində bildirib.
“Biz danışıqlar aparmalıyıq. Buna görə də hesab edirəm ki,hazırda heç kim oyun oynamır”, – deyə Tramp qeyd edib. O bildiribki, Vensin rəhbərlik etdiyi yüksək səviyyəli ABŞ nümayəndə heyəti,eləcə də xüsusi nümayəndə Stiv Uitkoff və müşavir Cared Kuşnerartıq danışıqların növbəti raundu üçün İslamabada yollanır.
“Onlar artıq ora gedirlər. Yerli vaxtla bu axşam oradaolacaqlar”, – prezident əlavə edib.
Tramp həmçinin bəyan edib ki, irəliləyiş əldə olunacağıtəqdirdə, İranın yüksək vəzifəli rəhbərləri ilə görüşməyəhazırdır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.