AZ

Tehran ABŞ ı İrana məxsus gəmi və ekipajını azad etməyi tələb edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İrana məxsus konteyner gəmisini ələ keçirməsini dəniz quldurluğu kimi qiymətləndirərək Vaşinqtonu gəmi, ekipaj və ailə üzvlərini dərhal azad etməyi tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilir.

“Bu hərəkət, gəminin sərnişinləri, ekipajı və onların ailələrinin hədələnməsi ilə müşayiət olunub, dəniz quldurluğu və terrorizm aktıdır. İran İslam Respublikası ABŞ-ın bu qanunsuz və cinayətkar hərəkətinin ciddi nəticələri barədə xəbərdarlıq edərək, İrana məxsus gəminin, sərnişinlərin, ekipajın və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır”, – deyə bəyanatında qeyd olunub.

Tehranda həmçinin bildirilib ki, İran milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcək və regiondakı vəziyyətin daha da gərginləşməsinə görə tam məsuliyyət ABŞ-ın üzərinə düşür.

20 aprel tarixində ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində İran bayrağı altında hərəkət edən və İrana istiqamətinə üzən konteyner gəmisini ələ keçirdiyini açıqlayıb. Bu əməliyyat ABŞ-ın əvvəlcədən tətbiq etdiyi İran limanlarının blokadası çərçivəsində həyata keçirilib. Komandanlıq bildirib ki, gəmi ABŞ-ın tələblərinə əməl etməyincə, Amerika destroyeri konteyner gəmisinin mühərrik hissəsini zədələyib, daha sonra ABŞ hərbi dəniz piyadaları gəmiyə daxil olublar.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
17
bizimyol.info

10Mənbələr