AZ

Hans Diter Flik “Barselona”dan sonra üçün qərarını açıqladı

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hans-Diter Flik gələcək planları ilə bağlı sensasiyalı açıqlama verib.

İdman.Biz xəbər verir ki, 61 yaşlı mütəxəssis 2028-ci ildə futboldan gedəcəyini təsdiqləyib. O, “Barselona” rəhbərliyi ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzatmağa yaxındır və bu müddət başa çatdıqdan sonra təqaüdə çıxmağı planlaşdırır.

Flik “Barselona”dakı əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu gizlətməyib. O, bu klubun karyerasındakı son iş yeri olacağını bildirərək, ayrılmazdan əvvəl kataloniyalılarla Avropanın ən nüfuzlu klub turnirində zəfər çalmağı arzuladığını vurğulayıb.

Xatırladaq ki, Flik 2024-cü ildən “Barselona”nın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda ötən mövsüm daxili arenada üç titul qazanmağa nail olub. Hazırda kataloniyalılar La Liqada ən yaxın izləyicisi “Real”ı altı xal qabaqlayaraq liderliklərini davam etdirirlər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
50
icma.az

10Mənbələr