AZ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Aprelin 23-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601" yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
 

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri yekunlaşdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

Seçilən
65
22
bizim.media

10Mənbələr