AZ

İsrailin hücumları nəticəsində 6 livanlı ölüb

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 17-dən bəri qüvvədə olan atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 6 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, martın 2-dən etibarən davam edən hərbi gərginlik dövründə Livanda ölənlərin ümumi sayı 2491-ə, yaralıların sayı isə 7719-a çatıb.

Seçilən
68
23
azertag.az

10Mənbələr