AZ

Azərbaycan və Özbəkistan şirkətləri birgə biznes quracaqlar - RAZILAŞMA

Bakı və Daşkənd Özbəkistan nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində yeni istehsalat layihələrinin işə salınmasını müzakirə ediblər.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə  Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi bildirib.

İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-24-də Azərbaycanda səfərdə olub.

Səfər zamanı Azərbaycanın İqtisadiyyat Nazirliyi və aparıcı şirkətlərin rəhbərliyi ilə birgə tədbirlərə hazırlıq, birgə təşəbbüslərin həyata keçirilməsi, yeni istehsalat dövrünün işə salınması və WUF13-də iştirakla bağlı danışıqlar aparılıb.

Dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, nəqliyyat və logistika, şəhərsalma, aqrosənaye kompleksi və əczaçılıq daxil olmaqla, əməkdaşlığın əsas istiqamətləri razılaşdırılıb.

Bakıda "Özbəkistan" parkının və Daşkənddə "Azərbaycan" parkının yaradılmasına, həmçinin apteklər şəbəkəsinin və meyvə-tərəvəz məhsullarının emalı üzrə layihələrin inkişafına xüsusi diqqət yetirilib. (Report)

Seçilən
48
14
fed.az

10Mənbələr