AZ

İslam Bazarqanov Albaniyada Avropa çempionu olub

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi adını qazanıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.

Beləliklə bu Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
25
azpolitika.info

10Mənbələr