AZ

Demçenko: “Komanda futbol oynayanda xallar özü gəlir” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 29-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün oyunumuz alındı. Birildik ki, rəqibimiz sürətli əks-hücumlara çıxır. Futbolda qayda var ki, qol vurmasan, sənə qol vuracaqlar. Bu da başımıza gəldi. Rəqib əks-hücumda fərqləndi. Böyük futbol xırda detallardan ibarətdir. Oyunun sonunda qələbə qolunu vurmağa imkanımız oldu, amma alınmadı. Son dəqiqələrdə həm qalib gələ, həm də məğlub ola bilərdik.

Biz bura gələndə əvvəlcə müasir futbolu tətbiq etmək istədik. Topla daha yaxşı davranan komanda qurmağa çalışırıq. Bəzən texniki olaraq zəifsənsə, nələrisə yaxşı edə bilmirsən. Bəzi üstünlüklərimiz ola bilər. Amma texniki cəhətdən çatışmazlıqlar var.

Avrokublara getmək şansımız azdır. Turnir cədvəli göstərir ki, o qədər də yaxşı yerdə deyilik. Amma hər oyun bizə müəyyən şans verir. Komanda futbol oynayanda xallar özü gəlir. Hələlik, bu, bizdə alınmır. Qarşıma avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Bunun üçün mübarizə aparırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
30
7
arena.az

10Mənbələr