AZ

"İran-Rusiya münasibətləri strateji tərəfdaşlıq olaraq güclənəcək" - Əraqçi

İran Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Bildirilib ki, Əraqçi İran-Rusiya əlaqələrinin ən yüksək səviyyədə strateji tərəfdaşlıq olduğunu vurğulayıb.

Qeyd olunub ki, o, bu münasibətlərin gələcəkdə də davam etdiriləcəyini və möhkəmlənəcəyini qeyd edib.

Məlumata görə, nazir Tehran və Moskva arasındakı əməkdaşlığın “nə baş versə də” inkişaf edəcəyini bildirib.

Bildirilib ki, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
22
50
redaktor.az

10Mənbələr