Bakı. Trend:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbiəməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı - 2026” birgətaktiki-uçuş təlimi başlayıb.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizinxatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan vəTürkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayişetdirilib.
Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlimtapşırıqları haqqında brifinq təqdim olunub.
Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarınınplanlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsininaparılması, şəxsi heyətin peşəkarlığının artırılması vəkoordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.