AZ

DİN: Bir gündə 39 cinayət açılıb, 113 axtarışda olan şəxs saxlanılıb

Son bir gün ərzində qeydə alınmış 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 

Həmçinin axtarışda olan ümumilikdə 113 nəfər saxlanılıb ki, onlardan 90-ı borclu şəxs qismində axtarışda olanlardır.

Məlumata əsasən, narkotiklərlə bağlı 11 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Gülnar Nazimqızı 

Seçilən
50
50
anews.az

10Mənbələr