AZ

Vətəndaşların müraciətlərinə bu hallarda BAXILMAYACAQ

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətəndaşın müraciətinin baxılmamış saxlanılması halları müəyyənləşib.Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Layihəyə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilməli, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilməli, yaxud EHİS üzərindən təqdim olunmalıdır.

Həmçinin, yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.Müraciət bu tələblərə cavab vermədikdə müraciət baxılmamış saxlanılacaq.Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
23
bizim.media

10Mənbələr