AZ

Tramp cütlüyü aparıcının işdən qovulmasını istəyir

Yenisabah saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp televiziya aparıcısı Cimmi Kimmelin işdən çıxarılmasını tələb ediblər.

“Yeni Sabah” AP-yə istinadla xəbər verir ki, buna səbəb aparıcının ABC telekanalında yayınlanan “Jimmy Kimmel Live!” proqramında birinci xanım haqqında etdiyi mübahisəli zarafat olub

Kimmel Melaniya Trampı “dul qadının parlaqlığına sahib” kimi səciyyələndirib.

Bu ifadə aparıcının verilişdə “Ağ Ev müxbirləri” Assosiasiyasının  ənənəvi şam yeməyində çıxış edirmiş kimi hazırladığı komediya hissəsində səsləndirilib.

Melaniya Trampın sosial şəbəkədə “Kimmel kimi şəxslərin nifrət yaymaq imkanı olmamalıdır” paylaşımını Donald Tramp da dəstəkləyib.

Aparıcı isə cavabında zarafatın yaş fərqinə yönəldiyini və zorakılığa çağırış olmadığını vurğulayıb.

ABC telekanalı məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
50
yenisabah.az

10Mənbələr