AZ

“Qarabağ”da tarixi hadisə baş verdi

“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Azərbaycan Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.

“Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.

Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

Seçilən
76
49
sportinfo.az

10Mənbələr