AZ

Onlar Azərbaycan dilindən imtahan verəcək

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək. 

Bu barədə “Cebheinfo.az”-a Dövlət İmtahan Mərkəzindən məlumat daxil olub.

Həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı təşkil olunacaq. 

Qeyd olunan tarixdə rezidenturaya qəbul imtahanının birinci mərhələsi, həmçinin inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları da keçiriləcək. 

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
50
cebheinfo.az

10Mənbələr