AZ

Əraqçi Lavrovla İran ətrafındakı vəziyyəti müzakirə etdi

BAKI, 1 may. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, nazirlər İranın ABŞ və İsrail ilə münaqişəyə son qoymaqla bağlı mövqeyini müzakirə ediblər.

"Cümə axşamı telefon danışığı zamanı İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla İran İslam Respublikasının ABŞ və sionist rejimin müharibə və təcavüzünə son qoymaq üçünmövqeləri və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıblar" - məlumatda qeyd olunur.

Seçilən
62
50
teleqraf.com

10Mənbələr