Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında ölkəsini təmsil edəcək.
Anadolu Agentliyinin yaydığı məlumata görə, “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək toplantıda demokratik dayanıqlığın gücləndirilməsi, əlaqəliliyin inkişafı, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə olunacaq.