Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edir. Hazırda Gəncə klubu 21 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb.
Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.
Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.
2 may (şənbə)
16:00. “Kəpəz” - “Sumqayıt” - 0:1 (İkinci hissə)
Qol: Nikola Ninkoviç, 64
Yevlax şəhər stadionu
18:30. “Araz-Naxçıvan” - “İmişli”
“SOCAR Polymer Arena”
3 may (bazar)
16:00. “Şamaxı” - “Sabah”
18:30. “Zirə” - “Qəbələ”
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” - “Turan Tovuz”
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” - “Neftçi”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Joarlem Santos ("Turan Toviz") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol