AZ

Zelenski Slovakiyanın Baş nazirini Kiyevə səfərə dəvət edib

BAKI, 2 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə telefon danışığı zamanı onu Kiyevə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini açıqlayıb.

“Bizə ölkələrimiz arasında güclü münasibətlər lazımdır və hər ikimiz də buna maraqlıyıq. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və bu prosesdə öz təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi. Mən Baş naziri Kiyevə dəvət etdim və Bratislavaya səfər dəvəti üçün ona təşəkkür etdim. Biz həmçinin yaxın gələcəkdə şəxsi görüşün mümkünlüyünü müzakirə etdik. Komandalarımız bu görüşün planlaşdırılması üzərində işləyəcək”, – deyə Zelenski əlavə edib.

Seçilən
45
40
teleqraf.com

10Mənbələr