Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şerofobi bəzi insanların şüurlu şəkildə sevinc və xoşbəxtlikdən uzaq durmasına səbəb olan psixoloji hal kimi izah olunur.
“Yeni Sabah” xəbər verir ki, bu vəziyyət insanın məntiqsiz şəkildə xoşbəxtlikdən qorxması və yaxşı hadisələrin mütləq pis bir hadisə ilə nəticələnəcəyinə inanması ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, belə düşüncə tərzi “hər an pis bir şey baş verə bilər” kimi daimi gərginlik hissi yaradır.
Araşdırmalara görə, şerofobi çox vaxt keçmişdə yaşanmış fiziki və ya emosional travmalarla əlaqəli olur. Bu səbəbdən belə insanlar özlərini mümkün uğursuzluqlardan qorumaq üçün şənliklərdən, əyləncələrdən və ümumilikdə sevinc gətirən fəaliyyətlərdən uzaq durmağa çalışırlar. Onlar üçün xoşbəxtlik arzu olunan vəziyyət deyil, əksinə ehtiyat tələb edən bir siqnal kimi qəbul edilir.
Mütəxəssislər bildirir ki, bəzi şəxsiyyət xüsusiyyətləri də bu vəziyyətin yaranmasına təsir edir. Xüsusilə introvert insanlar sosial yorğunluq səbəbilə kütləvi tədbirlərdən qaça bilər. Perfeksionistlər isə xoşbəxtliyi bəzən tənbəllik və ya məhsuldarlığın azalması kimi qiymətləndirirlər.
Bu tip insanlar həyatlarında nəzarət və təhlükəsizlik hissini qorumaq üçün pozitiv emosiyalardan belə qəsdən uzaq dururlar.
Qeyd edək ki, mövzu ilə bağlı araşdırma M. Joshanloo və D. Weijers tərəfindən aparılıb və nəticələr “Journal of Happiness Studies” jurnalında dərc olunub.
Aytac Əliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.