AZ

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndərilib 

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.

Seçilən
17
50
azerbaijan-news.az

10Mənbələr