AZ

“Sabah” və “Zirə”dən qələbə

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. 

Ötən tur çempionluğunu rəsmiləşdirən “Sabah” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Sabah” 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.

Günün ikinci matçında “Zirə” “Qəbələ”ni qəbul edib. “Neftçi” ilə 4-cü yer uğrunda mübarizə aparan “Zirə”, həmçinin Premyer Liqada qalmağa çalışan “Qəbələ” üçün son dərəcə vacib olan qələbəni Rəşad Sadıqovun komandası əldə edib.

Komandaların ilk dövrədəki oyununda “Zirə” (1:0), ikinci dövrədəki görüşdə isə “Şamaxı” (2:1) qalib gəlib.

3 may (bazar)

18:30. “Zirə” – “Qəbələ” – 1:0

Qol: Junior Martins, 78

Zirə İdman Kompleksi

16:00. “Şamaxı” – “Sabah” – 0:3

Qol: Stiv Solvet, 37, Coy Lens Mikels, 77, Umarali Raxmonaliyev, 90-pen.

Şamaxı şəhər stadionu

Seçilən
24
32
idmanxeber.az

10Mənbələr