AZ

Zelenski də İrəvana getdi

Ukrayna Prezidenti Volodimir Zelenski 8-ci Avropa Siyasi İcmasının (ASİ) sammitində iştirak etmək üçün İrəvana gedib. Erməni mediasının yazdığına görə, Ukrayna dövlət başçısını "Zvartnots" hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.

Qeyd edilir ki, Yunanıstan Prezidenti Konstantinos Tasulas da sammitdə iştirak etmək üçün İrəvana gedib. Onu "Zvartnots" hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb. Kanada, Bolqarıstan, Litva, Lüksemburq liderləri və ATƏT-in baş katibi də artıq Ermənistan paytaxtındadırlar.

ASİ-nin 8-ci sammiti mayın 4-də İrəvanda keçiriləcək. İcmanın ilk görüşü 6 oktyabr 2022-ci ildə Çexiyanın Praqa şəhərində baş tutub. Daha sonra sammitlər Moldovanın paytaxtında, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir şəhərində, Macarıstan, Albaniya, Danimarkanın paytaxtlarında keçirilib.

Mətləb

Seçilən
34
29
sia.az

10Mənbələr