Bakı Baş Səhiyyə Mərkəzinə Şərifova Nərgiz Talıb qızı direktor müavini təyin edilib.BUTA.TV xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, N.Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb. N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.