AZ

Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 may, AZƏRTAC

ABŞ İranın Hörmüz boğazını gəmiçilik üçün bloklamasına icazə verməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Pentaqonun başçısı Pit Heqset mətbuat konfransında deyib. O bildirib ki, ABŞ “münaqişə axtarmır”, lakin İranın “günahsız ölkələrin və onların mallarının beynəlxalq su yollarına çıxışını bloklamasına icazə verilməməlidir.

Heqsetin sözlərinə görə, körfəzdə ilişib qalmış ticarət gəmilərinin Hörmüz boğazından keçməsini təmin etmək üçün nəzərdə tutulan “Azadlıq” missiyası ABŞ-nin fevralın 28-də başlatdığı hərbi əməliyyatdan fərqlidir. Bu missiyanın məqsədi həmin gəmiləri İranın təcavüzündən qorumaqdır və müvəqqəti xarakter daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
azertag.az

10Mənbələr