AZ

Şahin Diniyev: Finalda “Arsenal”la PSJ nin qarşılaşmaq ehtimalı daha yüksəkdir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

Fikrimcə, finalda “Arsenal”la PSJ-nin qarşılaşmaq ehtimalı daha yüksəkdir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçları barədə danışarkən deyib.

Bu gün keçiriləcək “Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya) görüşü barədə danışan mütəxəssis şansların bərabər olduğunu bildirib.

“Birinci oyundan (1:1) sonra demək olar ki, hər iki komandanın finala yüksəlmək şansı var. Madrid klubu taktiki baxımdan daha intizamlı çıxış edir, müdafiədə etibarlı oynayır və sürətli hücumlar qurur. “Arsenal” isə hücum xəttində daha güclüdür. Düşünürəm ki, “Arsenal”ın şansı bir qədər yüksəkdir. Lakin “Atletiko” hesabı qorumağı bacaran komandadır. Buna görə ümumi mənzərədə şanslar bərabərdir. Cavab oyunu isə daha çox finala bənzəyəcək”, - deyə Azərbaycan millisinin sabiq baş məşqçisi vurğulayıb.

Ş.Diniyev sabah baş tutacaq “Bavariya” (Almaniya) – PSJ (Fransa) oyunu ilə bağlı da fikirlərini bölüşüb: “İlk görüşdə (4:5) hər iki komandanın qol potensialı yüksək idi. Onlar hücum futboluna üstünlük verirlər. Bu baxımdan yenə açıq və maraqlı oyun gözlənilir. Düşünürəm ki, PSJ daha ehtiyatlı oynamalı və müdafiədə diqqətli olmalıdır. Bu halda şansları arta bilər. Ümumilikdə bu cütdə də şanslar bərabərdir. “Bavariya” öz meydanında çıxış etsə də, finala yüksələcək komandanı proqnozlaşdırmaq çətindir”.

Qeyd edək ki, “Arsenal” - “Atletiko” qarşılaşması bu gün Londonda yerləşən “Emireyts” stadionunda, “Bavariya” - PSJ oyunu isə mayın 6-da Münxen şəhərindəki “Alyans Arena”da keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
azertag.az

10Mənbələr