AZ

Zelenski: Rusiyanın hücumları nəticəsində 21 nəfər ölüb



Rusiyanın Zaporojye, Kramatorsk və Dnepr şəhərlərinə hava hücumlarında 21 nəfər həlak olub. Ən azı 42 nəfər isə yaralanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Sosial media hesabında verdiyi açıqlamada Zelenski, hücumun idarə olunan bombalarla həyata keçirildiyini və bunun terror hücumu" olduğunu bildirib.

Ukrayna lideri həmçinin Rusiyanın axşam saatlarında Dnepr şəhərinə hava hücumu həyata keçirdiyini və 4 nəfərin öldüyünü deyib.

Anar
Seçilən
14
50
newscenter.az

10Mənbələr