Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.1news.az report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.
Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.