AZ

Qubanın üç kəndinin adı dəyişdirilir

Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi hazırlanıb.

XQ xəbər verir ki, bu barədə sənəd parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Həmçinin, sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

 

 

 
 

Seçilən
1
30
xalqqazeti.az

10Mənbələr