AZ

Andriy Sibiha və Ceyhun Bayramov arasında telefon danışığı baş tutub

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla məhsuldar telefon danışığı apardığını açıqlayıb.

Aznews.az xəbər verir ki, ukraynalı diplomat bu barədə "X" hesabında paylaşım edib.

O bildirib ki, Qəbələdə liderlər arasında keçirilən danışıqlar zamanı göstərilən qonaqpərvərliyə və son səfərə görə azərbaycanlı həmkarına təşəkkür edib.

“Tərəflər həmin danışıqlarda əldə olunan razılaşmaların icrasını müzakirə edib, ikitərəfli əməkdaşlığın inkişafı üçün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar”, – deyə Sibiha qeyd edib.

Nazirlər həmçinin regional təhlükəsizlik vəziyyəti və beynəlxalq gündəmdəki prosesləri müzakirə ediblər.

Seçilən
40
6
aznews.az

10Mənbələr