AZ

İntensiv yağıntılar GƏLİR KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Axşam tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-20° isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
49
konkret.az

10Mənbələr