AZ

Mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb

Mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

AFN.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensivləşəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılar axşam tədricən kəsiləcək.

Havanın temperaturu rayonlarda gecə 10-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-20° isti olacaq.

Seçilən
1
49
afn.az

10Mənbələr