Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Day.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.