AZ

“Ayın qolu”: Aprel ayının qalibləri bəlli oldu – Video – ARENA.AZ

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin aprel ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında aprel ayının ən yaxşı qolunun müəllifi “Sumqayıt”ın serbiyalı legioneri Nikola Ninkoviç olub. O, Premyer Liqanın 26-cı turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə ev oyununda komandasının yeganə qoluna imza atmışdı. Bu oyun “Sumqayıt”ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.

Birinci Liqada Seyxan Fərəcov (MOİK), İkinci Liqada Rəsul İbrahimov (“Şəki”) birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
8
arena.az

10Mənbələr