AZ

XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib

"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik. Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük fədakarlıq göstərib, ön və arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin faşizm üzərində qələbənin ildönümü münasibətilə sosial şəbəkə hesabında paylaşımında deyilir.

"Müharibə zamanı həyatını itirən həmvətənlərimizin əziz xatirəsini dərin ehtiramla anır, veteranlarımıza möhkəm cansağlığı və firavanlıq arzulayırıq", XİN-dən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
24
olaylar.az

10Mənbələr