AZ

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdilər -FOTO

Xəbər verdiyimiz kimi, mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

 

Senzor.az bildirir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

 

Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.





Seçilən
22
33
senzor.az

10Mənbələr