AZ

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.Bizim.Media  xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.10 may tarixində Ermənistana 16 vaqon (986 ton) dizel yanacağı göndəriləcək.

 

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
49
bizim.media

10Mənbələr