AZ

Rektorlardan Heydər Əliyevlə bağlı PAYLAŞIM

Ali təhsil müəssisələrinin rektorları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sosial şəbəkə hesabında paylaşım edilib.

AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir. 

Azərbaycan Dövlət Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Bu gün müasir Azərbaycanın qurucusu, milli dövlətçilik ideologiyasının müəllifi və böyük Şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Dərin ehtiramla yad edirik..."

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:

"Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan Respublikasının memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliği hər birimizin vətəndaşlıq borcudur. Onun uzaqgörən siyasətini və doğma xalqına bağlılığını hər zaman dərin ehtiramla yad edəcəyik.

Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır".

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"Dərin hörmət və ehtiramla yad edirik".

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"Müasir Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ulu Öndərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik".

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev:

"Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir".

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

"Müasir Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummili Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".

Seçilən
19
16
azedu.az

10Mənbələr