AZ

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

“İki sahil” xəbər verir ki, bu gün Ermənistana 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir. 6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Seçilən
11
49
ikisahil.az

10Mənbələr