Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.