•Abonent məlumatlarının dəyişdirilməsi,
•Sayğac göstəricilərinin təqdim edilməsi və hesab-fakturanın formalaşdırılması,
•Rəqəmsal müraciət,
•Borcun araşdırılması üzrə müraciət,
•Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi (arayış),
•Su borcunun internet vasitəsilə ödənilməsi.
İnteqrasiyası davam etdirilən xidmətlər:
•Su sayğaclarının plomblanmasına (quraşdırılması və ya dəyişdirilməsi) dair müraciət,
•Su sayğaclarının təmiri və ya nasaz sayğacların dəyişdirilməsi müraciəti,
•Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət,
•Əhali qrupuna aid yeni istehlakçının qeydiyyata alınması,
•Abonentə aid məlumatların verilməsi (arayış),
•Su sayğaclarının quraşdırılması müraciəti,
•Su təchizatı və tullantı sularının axıdılması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti.
Qeyd edək ki, “mygov” bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
Agentliyin fəaliyyəti və yenilikləri ilə bağlı məlumatları sosial şəbəkələr vasitəsilə də izləmək mümkündür:
•LinkedIn: https://www.linkedin.com/company/adsea-gov-az/
•Facebook: https://www.facebook.com/adsea.gov.az
•Instagram: https://www.instagram.com/adsea.gov.az