"Hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar "Google Maps"ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, qatardakı beş vaqondan hansı nisbətən boşdur. Hal-hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır - nəticədə qatarın bəzi vaqonlarında sıxlıq olur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta