AZ

Bakıda külək güclənəcək Bu tarixlərdə

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Mayın 15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veriləcək.

Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bərdə, Tərtər, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
49
www.bakupost.az

10Mənbələr