AZ

Bazar günündən metro yeni qrafikdə işləyəcək

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı metropoliteni məlumat yayıb.

Bildirilib ki, tədbirin ilk günü - mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.

Həmin gün “28 May-Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək.

“28 May-Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı-Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək. Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
31
qafqazinfo.az

10Mənbələr