AZ

Prezident: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.

"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək", - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir:

"Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış "e-Permit" sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
11
bakivaxti.az

10Mənbələr