AZ

Bayram namazının vaxtı açıqlanıb

Qurban bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-na — mayın 27-nə təsadüf edir.Bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, bütün məscidlərdə bayram namazı mayın 27-də qılınacaq.

Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən başlayaraq üç gün ərzində qurban kəsmək mümkün olacaq.

Qafqaz Müsəlmanları İdarəsi qurbanlıq heyvan seçilərkən onun sağlam olmasına diqqət yetirilməli olduğunu bildirib.Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanların qurban kəsilməsi məqbul sayılmır. Heyvanın yaşının şəriət qaydalarına uyğun olması və kəsim zamanı ona əziyyət verilməməsi də vurğulanıb.

Bildirilib ki, qurban əti əsasən ehtiyaclı ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız şəxslərə paylanmalıdır. Qohum və dostlara pay verməyin də savab əməl hesab olunduğu qeyd edilib.

“Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır”, - məlumatda deyilir.

Seçilən
20
1
anews.az

10Mənbələr